8 Oktyabr 2014 13:17
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, sıravi müsavatçıların da yaza biləcəyi mətndir"

Məlum olduğu kimi iqtisadçı - alim, Müsavat Partiyasının başqanlığına iddiaçı olmuş Qubad İbadoğlu yeni təkliflərlə çıxış edib. Bu təkliflər Müsavat Partiyasında işlərin yenidən qurulması barədədir:


Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair təkliflər aşağıdakılardır. Teleqraf.com həmin təklifləri təqdim edir.


1) Partiya üzvlərinin yenidən siyahıya alınmasına başlanılsın. Onların cins, yaş tərkibi, sosial statusuna görə qruplaşdırılması həyata keçirilsin.

2) Partiyanın Məclisinin işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə yenidən qurulsun:

2.1. Məclisin nəzdində analitik mərkəz yaradılsın. Analitik mərkəz tərəfindən Müsavat Partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı hazırlansın və Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasından əvvəl həmin sənəd partiya strukturlarında müzakirəyə çıxarılaraq Məclisdə qəbul edilsin.
2.2. Məclisin nəzdində” Müsavar irsi” ideoloji məktəb yaradılsın. Məktəbin Müsavatçılıq idelogiyasına həsr olunan aylıq tematik seminarları təşkil olunsun. Məktəbin tam kursunu bitirən məzunlara sertifikatlar və ideloji sahədə təbliğatçı statusu verilsin, onların cəmiyyətdəkı fəaliyyəti stimullaşdırılsın.

2.3. Məclisin Qarabağ münaqişəsi, gənclərlə iş, regionlarla iş, təhlükəsizlik məsələləri, avro-inteqrasiya siyasəti, insan haqları və azadlıqlar, iqtisadi siyasət, sosial siyasət, təhsil siyasəti, səhiyyə siyasəti, mədəniyyət siyasəti və s üzrə komissiyaları formlaşadırılsın. Komissiyaların 2015-ci il üçün iş planı Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasında qəbul eilsin.

2.4. Müsavat Partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı və komissiyaların iş planları əsasənda Məclisin 2015-ci il üçün fəaliyyət proqramı qəbul edilsin.

3) İcra strukturlarının işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə hesabatlılığı artırılsın:

3.1. İcra aparatın müvafiq şöbələrinin (təşkilatı və maliyyə istisna olmaqla) Məclis qarşısında illik hesabatlılığı təmin edilsin.

3.2. Partiyanın icra aparatının təşkilat və maliyyə şöbələrinin Məclis qarşısında rüblük hesabatlılığı təmin edilsin.

3.3. Maliyyə mənbələri, gəlirlər və xərclərə dair aylıq hesabatlar hazırlansın və həmin hesabata Məclis üzvlərinin çıxışı təmin edilsin.

4) Xaricdən yayımlanan telekanalların birində Partiyanın idarəçiliyində olan və dövrü olaraq fəaliyyət göstərən efir vaxtının alınmasına nail olunsun.

5) Partiya Məclisinə seçkilər oktyabrın 18-ə təxirə salınsın.
Bu təkliflərin həyata keçirilməsi üçün 2015-ci il yanvarn 1-dək müddət ayrılsın.

Amma bəzi müsavatçılar Q.İbadoğlunun bu təkliflərini qeyri-ciddi hesab edir. Məsələn, Müsavat Partiyası Məclis üzvü Alya Yaqublu bildirib ki, təkliflər nə siyasi, nə də iqtisadi cəhətdən peşəkar birisinə yaraşmır.

"Qubad İbadoglu hesab edir ki, Müsavat Partiyası 5 il əvvəl partiyadaxili disskusiyalara başlayıb:
- öz üzvlərinin neçəsinin kişi, neçəsinin qadın olduğunu bilsəydi;
- neçə cavan, neçə yaşlı üzvü olduğunu saysaydı;
- üzvlərinin fəhlə-kəndli və ziyalı-burjua siniflərinə mənsubiyyət nisbətini dəqiqləşdirsəydi;
- strateji plan hazırlasaydı;
- "Müsavat irsi" ideoloji məktəbini yaratsaydı;
- Məclisdə komissiyalar yaradıb bu qurum üçün 1 illik iş planı tutsaydı;
- icra aparatı ildə bir dəfə Məclisə hesabat versəydi;
- partiyanın pulu haqqında rüblük, illik hesabatlar hazırlansaydı;
- partiya xarici tv-lərin birində özünə efir vaxtı alsaydı,
Bu təkliflərə ən obyektiv nəzərlərlə baxıb pozitiv olmaq cəhdlərimə rəğmən, təəssüflə qeyd etməliyəm ki, onların hər hansı birində ciddi dəyişikliklərə səbəb olacaq elementlər tapa bilmədim.Hakimiyyətə qarşı mübarizəni (bunu da təəssüflə qeyd edim ki, orda belə bir ifadyə rast gəlmədim) keyfiyyət baxımından yüksəltmək haqda real təkliflər əvəzinə strateji plan, təkmilləşdirmə, rüblük-illik hesabatlar kimi ən ümumi ifadələrdən və Müsavatın olmayan pulunu saymaq ideyasından ibarət təkliflərdə "müxalifəti və hakimiyyəti dəyişəcək" bir şey yoxdu. Meydanlara yeni insan kütlələri, partiyaya isə yeni maliyyə qaynaqları cəlb etmək barədə təkliflərə ehtiyac varkən hətta sıravi müsavatçıların da (yəni alim olmayan) yaza biləcəyi bu mətnlə "yenilikçi lider" deyə ortaya çıxmağa dəyməzdi. İqtidarın qarşısına bir partiyanın qərargahındakı bir "Müsavat irsi" məktəbiylə çıxmaq, nə siyasətdən, nə də iqtisadiyyatdandı, vallah".

Ayxan


Müəllif:

Oxşar xəbərlər