Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Badamdar qəsəbəsində evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23.000 manat dəyərində mebel oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.