Bakının Xəzər rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 200 manat olan pul kisəsini əlindən alaraq qaçıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən A.Abbasov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.