8 Oktyabr 2014 14:09
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkın Azərbaycana səfəri başa çatıb.

BMTİP-in Azərbaycan nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycan və BMTİP arasındakı qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığı daha da gücləndirmək və tərəfdaşlıq üçün yeni imkanların müzakirə edilməsi olub.

Helen Klark BMT-nin Baş katibi adından Bakıda keçirilmiş dördüncü Beynəlxalq Humanitar Forumda iştirak edib və tədbirin açılış mərasimində çıxış edib.

Azərbaycan BMT-nin 2015-ci ildən sonrakı qlobal inkişaf gündəliyinin formalaşdırılması üçün təşkil edilən məsləhətləşmələrdə yaxından iştirak etdiyindən H.Klark gələcək qlobal inkişaf prioritetləri mövzusunda mühazirə demək üçün Azərbaycanın ən prestijli universitetlərindən biri olan ADA Universitetinə dəvət edilib. Milli məsləhətləşmələrin təşkili və keçirilməsində əməyi olan bütün tərədaşlara təşəkkür edən H.Klark 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə dialoqların nəticələrinin “Azərbaycan 2020:Gələcəyə Baxış” inkişaf konsepsiyasına uyğun olduğunu mühazirəsində vurğulayır. “Azərbaycan digər ölkələrin də inkişaf məqsədlərinə nail olmasında bilik və təcrübəsini bölüşməsi üçün böyük imkanları olan öz tarixinin maraqlı dövrünü yaşayır. BMT-nin İnkişaf Proqramı Azərbaycana bu yolda yardım etməyə hazırdır”, H.Klark deyib.

Qadın siyasətçiləri ilə görüşundə Helen Klark ölkədə və regionda gender bərabərliyi, dayanıqlı və bərabər inkişaf, eləcə də davamlı sülh və təhlükəsizlik üçün qadınlara səlahiyyətin genişləndirilməsinin əhəmiyyətini müzakirə edib. Danışıqlar zamanı, o qadınların daha əhatəli iştirakı yolunda ölkə ənənələrinin davam etdirilməsində bəzi məsləhətlər verib, eləcə də BMTİP və BMT olaraq bu yolda Azərbaycana necə yardım edə biləcəklərini bildirib.

Azərbaycana səfəri zamanı BMT-nin İnkişaf Proqramının rəhbəri H.Klark Prezident İlham Əliyevlə; Təhsil, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri; və bir neçə digər rəsmilərlə görüşüb. Bütün görüşlərində o, Azərbaycana təbii resursların insan resurslarına çevirə biləcək və müvafiq olaraq daha boyük insan inkişafına nail olmasına yardım edəcək siyasətlərin hazırlanmasının əhəmiyyətini qeyd edib.

H.Klark Sumqayıt şəhərinə də səfər edib. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMTİP və Norveç Hökumətinin birgə layihəsi çəçivəsində yaradılmış SYSLAB məşğulluq mərkəzinə baş çəkib. BMTİP-in rəhbəri həmçinin ASAN Xidmət mərkəzinin Azərbaycanda innovasiya, e-hökumət və ictimai xidmətlər sferasındakı fəaliyyətini təqdirəlayiq hesab edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər