Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki mağazaların birindən 1 899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb.