4 İyul 14:40
699

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Z.Bünyadov prospektində Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb

Bundan başqa, paytaxtın "Neftçilər metrostansiyasının yaxınlığında da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1970-ci il təvəllüdlü Mehparə Vəliyeva yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əziyi diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov