Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.
Qeyd olunan faktla bağlı Quba rayon polis şöbəsində araşdırmalar aparılır.