5 İyul 2020 20:24
8 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Qeyd edək ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışıb. O, Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov), Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov), Mərd Mazarov (“Adamın adamı”,Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə), Tülkü (“Cücələrim” T.Mütəlibbov ), Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ), Şah Kreon (J.Anuy “Medeya”), Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarını canlandırıb.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com