6 İyul 2020 09:58
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi “Moped”i ağaca çırpıb.

İbrahim Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.

“Mopet” zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov