9 İyul 2020 09:44
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sabunçu qəsəbəsi, Ə.Mehmandarov küçəsində naməlum şəxs T.Zeynalovu bıçaqla hədələyərək 500 manat pulunu quldurluq yolu ilə əlindən alıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Seymur Şahalıyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov