Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində naməlum şəxs O.Məmmədzadəyə məxsus mağazanın qapısını sındırmaqla 2 897 manat dəyərində mobil telefonlar oğurlayıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emil Subanov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.