2 May 2014 16:28
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərindən ibarət nümayəndə heyəti 4-11 may 2014-cü il tarixlərində Danimarka və Almaniyaya səfər edəcək.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, səfərin məqsədi Danimarka və Almaniyanın dövlət rəsmiləri, parlamentariləri və QHT-ləriylə görüşlərin keçirilməsi, hər iki ölkənin vətəndaş cəmiyyəti inistitutları ilə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Səfər çərçivəsində Danimarka Xarici İşlər Nazirliyi və parlamentində, Almaniya Bundestaqında və digər bir sıra qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulub.

BƏXTİYAR


Müəllif: