12 İyul 15:13
871

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Akif Cabbarov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana baxış keçirilərkən mənzilindən 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng və həyətyanı sahəsindəki yardımçı tikilidən 15 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirlir.


Müəllif: Hacı Zeynalov