12 İyul 2020 16:11
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfəri qətlə yetirməkdə ittiham olunan Vaqif Hüseynovun barəsində həbs qətimkan tədbirini uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda təqdimat təmin edilib.

Vaqif Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirini müddəti 1 aya qədər artırılıb.

Bu arada isə istintaq orqanı tərəfindən Vaqif Hüseynova əlavə daha bir maddə üzrə ittihamı ağırlaşdırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bundan əlavə, istintaq orqanı tərəfindən Vaqif Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan olunub.

İttihama görə, hadisə ötən il oktyabrın 16-da Binəqədi rayonunda baş verib. 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra Vaqif Hüseynov bibisi və qayınanası 85 yaşlı Luiza İsmayılovanı da bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən Vaqif Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən Azadlıq prospektində onu sərnişin avtobusu vurub.

Vaqif Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub. Məlumata görə, Vaqif Hüseynov Luiza İsmayılovanın doğma qardaşı oğlu olub.

Vaqif Hüseynov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Bu səbəbdən o, dəhşətli cinayəti törədib. İstintaq araşdırması zamanı məlum olub ki, Vaqif Hüseynov əvvəllər məhkum olunub.

Məlumata görə, Təranə İsmayılova uşaq olan vaxtı valideynlərini itirib. Bu səbəbdən o və digər qardaşı Luiza İsmayılovanın himayəsində qalıb. Bacısının övladını böyüdən Luiza İsmayılova onu qardaşının övladı Vaqif Hüseynova ilə ailə qurmasına razılıq verib. Onlar hadisədən 7-8 il əvvəl ailə qurduqları məlum olub

Evləndikləri müddət ərzində Vaqifin spirtli içkilərə meylli olduğu ortaya çıxıb və o, demək olar ki, evə hər gün sərxoş gəlib. Vaqif Hüseynov arvadı ilə birlikdə qayının həyətində olan tikilidə yaşayıb.

Daha sonra Vaqif Hüseynovu qaynı keçirdiyi həyat tərzinə görə evdən qovub. Vaqif Hüseynov barışmaq üçün həyat yoldaşına bir neçə dəfə hədə-qorxu gəlib və onunla barışmaq istəyib. Sonuncu dəfə evə gələn Vaqif Hüseynov dəhşətli cinayəti törədib.

Hazırda Binəqədi rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər