Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
13:13
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.