13 İyul 2020 15:25
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisində Zərgər kənd sakini Vaqif İmanov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov