Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birindən naməlum şəxs 700 manat oğurlayıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb.
Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.