14 İyul 2020 14:15
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov