15 İyul 2020 02:13
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada deyilir:

"Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar.

Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər