16 İyul 2020 09:12
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Orxan Gərayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən il noyabrın 28-də Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, Pirəkəşkül qəsəbəsində yerləşən “Avropa” kafesində baş verib.

Şəxsi münasibətlər zəminində mübahisə düşüb və bu zaman Orxan Gərayev üzərində olan “Makarov” tipli tapança ilə paytaxt sakini, 1991-ci il təvəllüdlü Kamran Xəlilova xəsarət yetirib.

Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Baş verən qətllə əlaqədar hadisə yerinə baxış keçirilib, əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

İstintaq orqanı tərəfindən Orxan Gərayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər