2 May 2014 17:05
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komitə sədrlərindən başqa deputatların 70 faizini otağında görmürəm”

Milli Məclisin bu gün keçirilən iclasının ikinci hissəsinin sonunda spiker Oqtay Əsədov maraqlı bəyanatla çıxış edib.

Spiker çıxışında konkret adlar çəkməsə də, əksər millət vəkillərini tənqid atəşinə tutub:

“Görürsünüz, burada çıxışlar bitməmiş mətbuatda artıq yazırlar ki, spiker deputatların mətbuata müsahibə verməsinə, televiziya çıxışlarına qadağa qoyub. Kimsə neqativ tapıb ondan danışmaq istəyir. Biz də təəssüflər olsun ki, belə neqativlərin ortaya çıxmasına rəvac veririk. Bura bizim iş yerimizdir. Bir də görürük ki, biri yarım saat gecikir, yetərsay yoxdur. Biz deputat seçkilərində öhdəlik götürmüşük. Ayda iki dəfə iclas nə çətin şeydir? Bəzən biz Milli Məclis olan günü tədbirlərə gedirik. Bəyəm Milli Məclisdən vacib tədbir var? Bəzən görürsən biri gəlib çıxış edir, amma ikinci hissədə olmur. Biz özümüzə hörmət etməliyik. Dünyanın hər yerində qaydalar var. Səsvermə vaxtı deputatlar yerlərində olmalıdır. Cəmi 125 deputatıq. Ayda 2 dəfə iclas olur. Vaxtilə həftədə 2 dəfə iclas keçirilirdi. Həmin vaxt Azərbaycan yeni dövlət idi, qanunlar qəbul olunurdu. İndi ayda iki dəfə iclas keçiririk. Milli Məclisdə bu qədər yeni korpus tikilib. Komitə sədrlərindən başqa deputatların 70 faizini otağında görmürəm. Əgər oturmursunuzsa, bu otaqları ekspertlərimizə verək. İclas gedir, ordan bir zəng, burdan bir zəng. Əslində, mənim bunu deməyim də düzgün deyil. Ona görə də yazırlar ki, Milli Məclisdə etikaya əməl olunmur. Bunu yazanlar etikasız adamlardır. Gəlin biz özümüzə hörmət edək ki, hansısa QHT, beynəlxalq təşkilat ağzına gələni yazmasın”.

Nemət


Müəllif: