17 İyul 2020 09:35
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov Ruhi Şahin oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Uğur Alim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Hər iki yaralıya bud sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com