AXCP sədri Əli Kərimlinin müşaviri Asif Yusifli də həbs olunub.
Teleqraf.com xəbər verir ki, o, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunur.
A.Yusifli haqqında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb və məhkəməyə göndərilib.
Məhkəmənin müvafiq qərarı ilə A.Yusifli haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
“Milli Məclisə giriblər və başqa təxribatçı hərəkətlər olub. Təbii ki, mən bu təxribatçı əməlləri bəyənmirəm, pisləyirəm”, - deyə Yusifli bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, orduya dəstək yürüşü zamanı bir qrup şəxs Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olub, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Xatırladaq ki, Asif Yusifli 2019-cu ilin noyabrında azadlığa çıxmışdı.