19 İyul 2020 16:50
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nehrəxəlil kəndində 1988-ci il təvəllüdlü Tural Səttarov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Səttarovanı bıçaqlayıb.

Çoxsaylı bıçaq xəsarəti alan Nuranə Səttarova hadisə yerində dünyasını dəyişib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Onlar 2012-ci ildə ailə həyat qurublar.

Belə ki, Nuranə Səttarova rayonun Tofiqli kəndində gəlin köçüb.

Hadisədən bir neçə gün əvvəl əri ilə dalaşan Nuranə Səttarova atasının yaşadığı Nehrəxəlil kəndindəki evləriə gəlib.

Tural Səttarov da onu aparmağa gəlsə də, qadın getməyib.

Bu zaman qanlı cinayət baş verib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov