Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Fərid Əzizlinin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Fərid Əzizlinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, iyulun 19-da saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfidən Fərid Əzizlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda istintaq tədbirləri həyata keçirilir.