9 Oktyabr 2014 18:07
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycanda səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin komissarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd olunub.

Rapil Joşibayev qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstanla Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Qazaxıstanlı nazir müavini EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərgiyə hazırlıq mərhələsi barədə məlumat verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər