23 İyul 2020 09:21
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yük avtomobilində meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor

Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com