23 İyul 2020 18:05
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov rayon Polis İdarəsi və 18-ci polis ş.öbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, tədbir zamanı Şəmkur rayon sakini Sərdar Pənəhov tutulub.

Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib.

Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının isə yüzlərlə olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər