25 İyul 2020 08:25
1 057

Moskvanın qərbindəki Mosfilmsk küçəsində "Azərbaycan mətbəxi" kafesinin vitrinlərini sındırılıb.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atdıqdan sonra avtomobillərdə hadisə yerindən uzaqlaşıblar.

Mənbə əlavə edib ki, hazırda hücum edənlər axtarılır.

İyulun 24-ə keçən gecə Moskvanın Marino rayonunda ermənilərlə azərbaycanlılar arasında bir neçə toqquşma baş verib. Bununla yanaşı, ötən gün Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb.


Müəllif: Teleqraf.com