Quba rayonunun Vəlvələ kəndində, süni göldə batdığı ehtimal olunan 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.