Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.
Yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində həyatını itirən ikinci şəxs - 1959-cu il təvəllüdlü Qanbayev Nizami Əli oğludur. Meyit müayinə olunmaq üçün Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
O, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Siyəzən Meşəbəyliyinin meşə gözətçisi vəzifəsində çalışırdı.
18:14
Bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a məlumat verilib.
Nazirlik yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.