İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Pərviz Vəliyev şair Şaiq Vəlinin oğludur.
Tanınmış şair, AYB üzvü Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib.
6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən Sumqayıt şəhərində 62 yaşında vəfat edib.