10 Oktyabr 2014 14:06
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Demokratlar Partiyasının Məclisinin toplantısı keçirilib.

Toplantıda bir sıra məsələlər müzakirə olunub. Bu haqda Teleqraf.com-a partiyanın sədri Sülhəddin Əkbər məlumat verib.

Onun sözlərinə görə, Məclisin toplantısı zamanı Ədliyyə Nazirliyinin partiyanın sənədlərini geri qaytarması geniş müzakirə edilib:

“Artıq ikinci dəfədir ki, nazirlik sənədlərimizi geri qaytarır. Birinci dəfə qeyd olunmuşdu ki, sənədləri qeydiyyata təqdim edərkən Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq ərizə anketini doldurmaq lazımdır. Biz bu sənədi doldurub yenidən Ədliyyə Nazirliyinə təqdim etmişdik və güman edirdik ki, qeydiyyat məsələsində problem olmayacaq. Ancaq nazirlik ikinci dəfə sənədlərimizi geri qaytarıb. Bu dəfə deyirlər ki, Siyasi partiyalar haqqında qanunun 6-cı maddəsinə əsasən partiya üzvlüyündən çıxmaq məsələsi nizamnamədə öz əksini tapmayıb. Biz də Məclisin toplantısında nizamnaməyə əlavə və dəyişikliklər etdik, partiyadan çıxma ilə bağlı yeni maddə əlavə etdik. Bu gün yeni sənədləri notariusda təsdiq edib yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bundan başqa Məclisdə ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkilərinə hazırlıq məsələlər diqqət mərkəzində olub. Eləcə də, partiyanın siyasi müstəvidə yeri və rolu da müzakirə olunub. Geniş müzakirələr aparmışıq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər