3 Avqust 2020 13:33
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 2-də saat 23 radələrində baş verib.

Biləsuvar rayonunun Arazbari kəndi ərazisində rayon sakini Qədir Musayev idarə etdiyi “NAZ-Lifan” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində araşdırma aparılır.

***

09:36

Qarabağ qazisi Qədir Musayev dünən axşam saatlarında yol qəzasında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar rayonunun Ağayrı kənd sakini, Qarabağ müharibəsi əlili Qədir Musayev dövlət tərəfindən ona verilən “Naz Lifan” markalı avtomobili aşırıb.

İdarəetməni itirən sürücü qəza nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Qədir Musayev Qarabağ döyüşləri zamanı Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.


Müəllif: Hacı Zeynalov