Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Mirəli Seyidov küçəsində yerləşən evlərin birindən 40 manat, 50 avro, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan 2 ədəd əl çantasını oğurlayıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Günay Abdullayeva saxlanılıb.
Məlum olub ki, Günay Abdullayeva əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, 231-ci (silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunub.
Onun hüquq-mühafizə orqanları tərəfindən isə hazırda Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olduğu da üzə çıxıb.
Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.