3 Avqust 2020 13:47
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qayıdış qəsəbəsi ərazisində Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov