Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Buzovna qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Q.Hüseynov müəyyən edilməmiş avtomobillə vurulub.
Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.