6 Avqust 17:14
474

Bakının Xəzər rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov