Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, o, 2 saatdan çoxdur binada 5 nəfəri girov saxlayır. O, girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irıli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.
Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.