10 Oktyabr 2014 20:30
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Respublikası parlamentinin Deputatlar palatası sədrinin müavini Voytex Filip başda olmaqla Deputatlar palatasının kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti oktyabrın 13-də Bakıya gələcək.

Teleqraf.com-un Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə istinadən məlumatına görə, üçgünlük səfər zamanı nümayəndə heyətinin Milli Məclisdə parlamentin Azərbaycan-Çexiya Dostluq qrupunun üzvləri ilə, habelə kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirliklərində rəsmi görüşləri planlaşdırılıb. Görüşlərdə ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər