Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini T.Qurbanovaya hədə-qorxu gələrək, pulqabısını alıb.
T.Qurbanova quldurluq hadisəsi ilə üzləşməsi barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə müraciət edib.
Polis məkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini V.Bağırov saxlanılıb.