9 Avqust 2020 16:23
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları və 1500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 35-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.


Müəllif: Hacı Zeynalov