10 Avqust 2020 09:50
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 70 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com