Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 7-də saat 23 radələrində rayonunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.
Naməlum şəxs qəsəbə sakini K.Talıbovanın əlindən mobil telefonunu alaraq qaçıb.
K.Talıbova soyğunçuluqla üzləşməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində soyğnuçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Sabirabad rayon sakini A.Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.