11 Avqust 2020 13:30
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Tağıyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 130 qram heroin, 171 qramdan artıq tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqram tiryək də aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov