12 Avqust 2020 01:36
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın birinci mərtəbəsində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb və xəsarət alıb.

Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.


Müəllif: Teleqraf.com