12 Avqust 2020 13:45
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Müqtədir qəsəbəsi ərazisində qəsəbə sakini İ.Atakişiyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, həmyerlisi Çingiz Balakişiyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov