12 Avqust 2020 15:15
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov