13 Avqust 2020 10:01
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.

***

09:14

Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com