Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini E.Kazımova naməlum şəxslər zor tətbiq edib, onun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu alıblar.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən T.Əliyev və V.Nəsirov tutulub.